Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.02 $▲0.46%
  • WTI neft101.25 $▲0.29%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)2.988 $▲0.10%
  • Qızıl4 020 $▼0.03%
  • Gümüş53.89 $▼0.51%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda623.75 ¢▲0.12%
  • Bitcoin79 985 $▼0.07%
  • Ethereum2 316 $▼0.45%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Avropa Ədalət Məhkəməsi: İşəgötürənlər "dini simvolları" qadağan edə bilər - TARİXİ QƏRAR

image-avropa-ittifaqi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İşəgötürənlərin işçilərinə iş yerində “dini, fəlsəfi və mənəvi simvollardan” istifadəni qadağan etməsi ayrı-seçkilik deyil.

Busaat.az xəbər verir ki, bu barədə müvafiq qərarı Avropa Ədalət Məhkəməsi qəbul edib.

Lüksemburqda yerləşən Avropa Birliyinin (Aİ) ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsinin qərarı 2018-ci ildə Belçikada müsəlman qadının qaldırdığı iddiaya əsaslanır. Belə ki, Staj zamanı şirkətin “məşğulluq şərtlərinə uyğun neytrallıq siyasəti”nə əməl etməsi tələb olunan müsəlman qadının iş zamanı baş örtüyü çıxarmayacağını bildirməsindən sonra iş Brüssel Əmək Məhkəməsinə daşınıb. İllərlə davam edən məhkəmə araşdırmalarından sonra işi qiymətləndirən Avropa Ədalət Məhkəməsi bildirib ki, belə bir işə qəbul tələbi Aİ-nin din və inanc əsasında ayrı-seçkiliyi qadağan edən bərabər rəftar haqqında qanunlarını pozmur.

Məhkəmə qərara alıb ki, “əgər belə məşğulluq şərtləri işəgötürən tərəfindən bütün işçilərə tətbiq edilərsə, bu, birbaşa ayrı-seçkilik demək olmayacaq”.

Məhkəmənin qərarında “din və əqidə” həm dini inancı, həm də fəlsəfi-mənəvi inancı əhatə edən ayrı-seçkiliyin vahid əsası kimi müəyyən edilib.

Məhkəmə daha sonra qeyd edib ki, “belə qərəzsiz qərar tətbiq edildikdə də din və əqidəyə görə dolayı ayrı-seçkiliyə səbəb ola bilər” və bu məsələ ayrı-ayrı işlərə baxan məhkəmələrin səlahiyyətindədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87656