Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.52 $▲4.63%
  • WTI neft88.31 $▲3.57%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.344 $▲2.33%
  • Qızıl3 924 $▼1.42%
  • Gümüş50.47 $▼1.86%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.00 ¢▼1.91%
  • Bitcoin68 710 $▼3.56%
  • Ethereum1 928 $▼4.17%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Avropa İttifaqı İrana qarşı sanksiyaları TƏSDİQLƏDİ

image-iran1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) ölkələri Məhsa Əminin ölümündən sonra İranda keçirilən nümayişlərə müdaxilə edən 18 iranlı şəxs və 19 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Avropa Şurasından verilən açıqlamada yer alıb.

Məlumata görə, sanksiyaların İranda insan haqları pozuntularına görə tətbiq edildiyi bildirilib.

Sanksiyaya məruz qalanlar arasında İranın gənclər və idman naziri Seyid Həmid Hazaveh Seccadi, onun bəzi müavinləri, bəzi əyalətlərin qubernatorları, dövlət mediasının əməkdaşları və İran İnqilab Keşikçiləri Ordusunun bəzi yüksək vəzifəli şəxsləri də var.

Siyahıya İran İnqilab Keşikçiləri Ordusunun ölkənin bəzi bölgələrindəki bölmələri, İran Xüsusi Polis Qüvvələri və təhlükəsizlik xidmətləri göstərən bəzi şirkətlər də daxildir.

Son sanksiyalarla Aİ-nin məhdudlaşdırıcı tədbirlər həyata keçirdiyi iranlıların sayı 164-ə, təşkilatların sayı isə 31-ə yüksəlib.

Sanksiyalar Aİ-yə səyahət qadağası, aktivlərin dondurulması və bu şəxslər və təşkilatların maliyyələşdirilməsinə qadağadan ibarətdir. Bundan əlavə, İrana ictimai təzyiq vasitəsi kimi istifadə oluna bilən bəzi materialların və izləmə cihazlarının satışı qadağandır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98030