Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini hazırladı

image-avropabackend

Avropa Komissiyası (AK) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib.

Busaat.az xəbər verir ki, yeni paket ilə AK sanksiya siyahısına daha 200-ə yaxın fiziki və hüquqi şəxsin əlavə edilməsini təklif edir.

Sözügedən 200 şəxsin arasında müdafiə sənayesinin zabitləri, Dövlət Dumasının və Federasiya Şurasının deputatları, nazirlər, qubernatorlar, siyasi partiyaların nümayəndələri və başqaları var.

Bundan əlavə, Avropa Komissiyası daha üç Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi, o cümlədən Ümumrusiya Regionların İnkişafı Bankı ilə əməliyyatlara tam qadağa qoymağı təklif edir.

Paket həmçinin, xüsusilə ikili təyinatlı mallara ixrac məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. Buraya əsas kimyəvi maddələr, elektronika və İT komponentləri daxildir.

Dördüncüsü, Aİ Rusiyanın hər cür dron və dron məmulatlarına çıxışını kəsmək istəyir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib: “Biz Rusiyaya pilotsuz təyyarələrin birbaşa ixracını və bu kimi silahların hazırlanmasında istifadə edilən məmulatların Rusiyaya pilotsuz təyyarələr verə biləcək İran kimi üçüncü ölkələrə ixracını qadağan etməyi təklif edirik”.

Onun sözlərinə görə, AK dörd televiziya kanalının və bütün digər paylama platformalarının yayımına əngəl qoyaraq Rusiyanın təbliğat maşınına da zərbə vuracaq.

Aİ, həmçinin, Rusiyanın energetika və mədənçıxarma sektorlarına qarşı gələcək iqtisadi tədbirləri, o cümlədən Rusiyada mədənçıxarma sahəsinə yeni investisiya qoyuluşunu qadağan etməyi təklif edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90