Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avstriya Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaq

image-hava-hucumundan-mudafie-sistemi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstriya “Avropa Səma Qalxanı Təşəbbüsü” çərçivəsində Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaq.

Busaat.az xəbər verir ki, bu barədə Avstriyanın müdafiə naziri Klaudia Tanner mətbuata açıqlamasında bildirib.

Nazir Avropanın “Səma Qalxanı Təşəbbüsü” çərçivəsində qonşu Almaniya ilə təlim və təchizat sahəsində əməkdaşlıq edəcəklərini deyib.

Avstriyanın qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi IRIS-T almağı planlaşdırdığını qeyd edən Tanner yaxın aylarda Berlinlə bununla bağlı müqavilənin imzalanacağını söyləyib.

Klaudia Tanner qeyd edib ki, bu müdafiə sistemləri müqavilə imzalandıqdan bir il sonra ehtiyac duyulan yerlərdə quraşdırıla bilər.

Avstriya Hərbi Hava Qüvvələri komandanı Qerfried Promberqer də ölkəsinin 15 kilometrlik 4 qısa mənzilli hava hücumundan müdafiə sistemi və 50 kilometrlik 4 orta mənzilli hava hücumundan müdafiə sistemi almaq istədiyini də vurğulayıb.

İfrat sağçı Avstriya Azadlıq Partiyası FPÖ, hava hücumundan müdafiə sistemi ilə bağlı verdiyi açıqlamada, “Avropa Səma Qalxanı Təşəbbüsü”nü neytral Avstriyanın NATO yolunda atdığı addım kimi gördüklərini ifadə edərək, bu mövzuda referendum keçirilməsini istəyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121516