Azad Rəhimov dəfn olunur – FOTO

image-944999-17backend

Azad Rəhimov 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Busaat.az Trend-ə istinadən xəbər verir ki, dəfndə məhrum nazirin ailə üzvləri və məhdud sayda insan iştirak edir.

Xatırladaq ki, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə aldığı xəstaxanada dünyasını dəyişib.

image-944999us-1 image-944999 image-944999-2 image-944999-3 image-944999-4 image-944999us-2 image-944999-5 image-944999-8 image-944999-6 image-944999-7 image-944999-9 image-944999-10 image-944999-11 image-944999-12 image-944999-13 image-944999-21 image-944999-20 image-944999-14 image-944999-15 image-944999-16 image-944999-17

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 134 saylı məktəbdə aldıqdan sonra 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayan Azad Rəhimov 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində çalışıb. O, 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.

Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı il 17-19 iyun tarixlərində Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və s. kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki