Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.50 $▲1.17%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.288 $▲2.33%
  • Qızıl4 052 $▼1.78%
  • Gümüş52.32 $▼1.75%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.25 ¢▲0.76%
  • Bitcoin73 591 $▼0.15%
  • Ethereum2 063 $▲0.60%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

“Azərbaycan dünyanın digər ölkələri kimi, Ukrayna ilə həmrəydir” - Li Litzenberger

image-9b289cf5-604e-4f12-b301-f771008a1cf0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Münaqişənin həll yolunun tapılması ilə bağlı yekun qərar Ukraynanındır. ABŞ hər zaman bunu bildirib.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

Diplomat bəyan edib ki, ABŞ Ukraynanın öz ərazi bütövlüyünü qoruması üçün dəstəyini davam etdirəcək.

O qeyd edib ki, ABŞ Azərbaycanın Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir, eyni zamanda, Azərbaycanın göstərdiyi humanitar yardımı təqdir edir.
Səfir vurğulayıb ki, Azərbaycan da münaqişədən əziyyət çəkib və bu problemi yaxşı anlayır.

“Azərbaycan dünyanın digər ölkələri kimi, Ukrayna ilə həmrəydir”, – diplomat əlavə edib

ABŞ səfiri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin öz hərbi ambisiyaları naminə ölkələrin sərhədlərinə hörmət etməyə bilər. Lakin səfir bildirib ki, xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var və bu çox vacibdir.

“Ancaq Rusiya gözlənilməz hərəkət edə bilər. Biz bunu Ukraynada gördük. Ukraynada üzləşdikləri Rusiyanın gələcək addımlarına təsir edə bilər. Biz Baltik regionunda vəziyyəti görürük. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir. ABŞ bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və əgər bu regiondakı ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olarsa, ABŞ lazımi addımlar atacaq”, – səfir diqqətə çatdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79091