Azərbaycan – İrlandiya oyununa hakim təyinatları

image-hakimbackend

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – İrlandiya ilə oyunu üçün hakim təyinatları açıqlanıb.

Busaat.az xəbər verir ki, matçı Norveç Futbol Federasiyasından Espen Eskasa idarə edəcək. Ona  Kim Tomas Haqlund və Oystein İtterland köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.

VAR hakimi Türkiyə Futbol Federasiyasından Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlanacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki