Azərbaycan – İsrail Əməkdaşlıq Planı imzalandı

image-israilbackend

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

Busaat.az xəbər verir ki, sənədi Azərbaycan səhiyyə naziri Teymur Musayev və İsrailin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki