
“Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi”
Belarus millisinin müdafiəçisi Danila Neçayev Azərbaycan komandasına qarşı dünən keçirilən Millətlər Liqasının oyunu ilə bağlı fikirlərini bildirib.
Busaat.az Belarus Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, BATE-nin 22 yaşlı yarımmüdafiəçisi deyib:
– Oyunla bağlı fərqli fikirlərim var. Matç istəyimiz kimi alınmadı. Baxmayaraq ki, bizdən tələb olunanı gerçəkləşdirməyə çalışdıq. Müsbət məqam odur ki, qapımızı toxunulmaz saxlaya bildik. Mənfi tərəf isə qol vurub qələbə qazana bilməməyimiz oldu.
– Rəqib siz nə iləsə təəccübləndirə bildi?
– Xeyr, təəccübləndirmədi. Biz onları yaxşı öyrənmişdik və belə oyuna hazır idik. Xüsusi heç nə görmədik. Amma rəqib yaxşı komandadır, heyətində texnikalı oyunçular var.























