Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Azərbaycan millisi üçün bütün matçlar çox çətin olur" - De Byazi

image-canni_de_byazi_1599510163__1_
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Tribalfootball” nəşrinə açıqlama verib.

Busaat.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis bir milli komandadan və 2 klubdan təklif aldığını, lakin Azərbayca yığmasında işləməyə davam etmək istədiyini bildirib:

“Bəli, düzünü desəm, başqa təkliflərim də var idi. Biri digər milli komandadan, ikisi isə İtaliya klublarından idi. Amma Avro-2024-ün seçmə mərhələsi ərəfəsində komandada işləməyə davam etmək istəyirdim. Bu püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl Avro-2016-nın püşkatma mərasimində başıma gəlmişdi. Mən Albaniyanın baş məşqçisi olduğum zaman çox çətin qrupa düşmüşdük və əsas mərhələyə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, bu dəfə də eyni şeyi bacaracağam. Amma buna nail olmaq çox çətin olacaq. Düşünürəm ki, Azərbaycan millisi üçün bütün matçlar çox çətin olur. Belçika böyük ulduzları olan, FİFA reytinqində birinci yerdə komandadır. Yüksək səviyyəli futbolçuları var. İsveç haqqında düşünürəm ki, bu, Avropanın ən yaxşı liqalarında oynayan futbolçulara sahib, fiziki cəhətdən çox güclü bir komandadır. Avstriyaya gəlincə, yığma təkcə (David) Alaba deyil, həm də Bundesliqada oynayan digər futbolçulardan ibarət çox güclü komandadır. Bizik futbolçularımızın çoxu yerli çempionatda oynayırlar. Ona görə də bu, komandamız üçün çox çətindir”.

Canni de Byazi Azərbaycan çempionatından da danışıb: “Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır. Burada yaxşı oyunçularımız var. Amma yeganə problem odur ki, seçim şansımız çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir. Bu komandaların hər biri əsas heyətdə 7 əcnəbi futbolçu ilə oynayırlar. Yəni, mənim üçün cəmi 40 oyunçu qalır. Hər komandadan 4 oyunçu seçmək imkanım var. Yaxşı işlər gördük. 2000, 2001-ci il təvəllüdlü çoxlu gənc oyunçulardan ibarət qrup yaratdıq. Bu futbolçular müntəzəm olaraq oynayırlar. Ümid edirəm ki, onlar daha da böyüyə bilərlər”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi oktyabrın 4-də Canni de Byazi ilə müqaviləni növbəti seçmə mərhələ müddətinə uzatmaq qərarı verib.

Qol.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88335