Azərbaycan millisinin futbolçusu yubiley oyununu keçirib

image-murad-xacayevbackend

Azərbaycan millisinin futbolçusu Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.

Busaat.az xəbər verir ki, IV turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.

Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Premyer Liqanın III turunda “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandanın heyətində 100-cü oyununu keçirmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90