Azərbaycan nefti BAHALAŞDI

image-1700544284_1644386747_1639804894_axzbackend

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox bahalaşıb.

Busaat.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,81 % artaraq 86,86 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki