U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Norveçlə oyunu üçün hakim təyinatları açıqlanıb.
Busaat.az xəbər verir ki, matçı Yunanıstan Futbol Federasiyasından Vasilis Fotias idarə edəcək. Ona Xrisula Kurobiliya və Andreas Mentanas köməklik göstərəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.