
Azərbaycan Ordusunun əsgəri özünə qəsd etdi - RƏSMİ
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib.
Bu barədə Busaat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, faktla bağlı hazırda araşdırma aparılır.






















