Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu FOTO VİDEO YENİLƏNİB

image-a8fc5e8f4c401514a3d1be403ba43632backend

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Oxu.Az xəbər verir ki, əsgərimiz Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Ötən gün həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, onun nəşi Şəkidə yaşadığı evə gətirilib.

Mərasimdə əsgərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90