Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.77 $▲1.12%
  • WTI neft85.18 $▲0.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.184 $▲3.14%
  • Qızıl3 802 $▼1.95%
  • Gümüş45.92 $▼3.31%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▲1.08%
  • Bitcoin64 421 $▼0.70%
  • Ethereum1 808 $▼0.83%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Azərbaycan Premyer Liqasında son 17 ilin rekordu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub.

Busaat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv çempionatın startından keçirdiyi 12 matçda 31 qol vurub.

Bu, son 17 ilin mütləq rekordudur. 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/2004 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər saldıqda, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30899