
Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzası bəlli oldu
Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsin cəzası bəlli olub.
Busaat.az xəbər verir ki, bu barədə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib.
Onun sözlərinə görə, həmin şəxsə 6 ay şərti həbs. Bundan başqa o, dəymiş ziyanı da ödəyəcək.
Qeyd edək ki, sözügedən hadisə ötən ilin sentyabrında baş vermişdi.























