Azərbaycan sərhədləri açır?-AÇIQLAMAbackend

Koronavirus pandemiyasının yayılmasının qarşısını alamq üçün Azərbaycan fevralın 29-u İranla, martın 13-ü Gürcüstanla, 14-də isə Türkiyə ilə sərhədlərini bağlayıb. Azərbaycanda 31 avqust 00:00-da ümumi karantin rejimi bitir. Operativ Qərargah bir çox sahələrdə epidemioloji vəziyyəti təhlil edərək yumşalamlar ilə bağlı yeni qərarlar verməsi gözlənilir. Əgər Azərbaycanda koronavirusa yoluxma azalma dinamikası ilə davam edərsə digər ölkələrlə sərhədlər açıla bilərmi?

Busaat.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Cavid Osmanov açıqlama verib.

“Bu gün koronavirus pandemiyası bütün dünyada yayılmağa davam edir. Belə olan halda bir çox ölkələrdə olduğu kimi Azərbaycanla qonşu ölkələr arasında sərhədlər hələ ki, bağlıdır:
“Sərhədə yaxın yaşayan vətəndaşlarımızın qonşu ölkələrlə gündəlik ticarətə əlaqələri var. Hazırda pandemiya dövründə sərhədlərin bağlı qalması orada yaşayan insanların müvəqətti olaraq ticarət edə bilməməsinə səbəb olur.

Ancaq bir məsələni qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dövləti tərəfindən bu kimi vətəndaşlara müxtəlif sosial yardımlar göstərilir. Bu istiqamətdə dövlətimiz müxtəlif layihələr həyata keçirir ki, bunlara misal olaraq məşğuluq proqramı, ünvanlı sosial yardım alanların sayının artılması, 90 minə yaxın iş yerlərininin açılması kimi bir çox sosial istiqamətdə atılan addımları göstərə bilərik.

Azərbaycan dövləti pandemiyadan zərər çəkmiş vətəndaşlarının hər zaman yanındadır. Koronavirusun daha çox yayılması cəmiyyətə daha çox iqtisadi zərbələr vura bilər. Ona görə də düşünürəm ki, sərhədlər açıldıqdan sonra koronavirus kütləvi şəkildə yayılacaqsa bağlı qalması daha məqsədə uyğundur. Əlbəttə ki, sərhədlərin açılması ilə bağlı Operativ Qərargah mövcud epidemioloji vəziyyəti təhlil etdikdən sonra vətəndaşlarımız üçün ən düzgün qərarı verəcəkdir.”