Məzmuna keç
  • Brent neft96.06 $▲0.45%
  • WTI neft88.55 $▲0.34%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.265 $▼2.01%
  • Qızıl3 892 $▼0.64%
  • Gümüş49.81 $▼0.88%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.00 ¢▲0.63%
  • Bitcoin69 245 $▼2.98%
  • Ethereum1 959 $▼2.90%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Azərbaycan Türkiyədəki “Teknofest 2022”də milli pavilyonla təmsil olunur - Fotolar

image-mycollages_-_2022-08-30t171520-950
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avqustun 30-da Türkiyənin Samsun şəhərində “Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub.

Busaat.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadrat metr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.

“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirdə nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT ­– VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş olunur. Ziyarətçilərə həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim edilir.

“Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

26-29 may 2022-ci il tarixlərində “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə təşkil olunub.

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84581