
Azərbaycan Türkiyəyə 227 nəfərdən ibarət yeni heyət göndərib - FHN
Azərbaycan axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə 227 nəfərdən ibarət yeni heyət göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin 227 nəfərdən ibarət şəxsi heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Adanaya yola düşüb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə 420 şəxsi heyət göndərib.
Busaat.az























