Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərdi

image-resize-_2_-2backend

Azərbaycan minatəmizləmə üçün Ukraynaya maşın göndərib.

Busaat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında yazıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə maşını göndərib. Həmçinin, texnikanın istehsalçı şirkətinin nümayəndələri Ukraynaya gəlib və mütəxəssislərimiz üçün treninqlər keçirəcəklər. Sonra avtomobil işğaldan azad edilmiş ərazilərin humanitar minatəmizlənməsini həyata keçirən Fövqəladə Hallar Xidmətinin istehkamçılarına kömək etmək üçün yollanacaq”, – deyə səfir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki