Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.79 $▲0.39%
  • WTI neft86.23 $▲0.65%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.322 $▲3.39%
  • Qızıl4 038 $▼2.12%
  • Gümüş51.38 $▼3.50%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 386 $▼2.49%
  • Ethereum2 042 $▼4.23%
  • S&P 5007 511▼0.50%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Azərbaycan XİN Ermənistana cavab verdi

image-xin1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının 27 may 2022-ci il tarixində Zəngilan rayonunda səsləndirdiyi çıxışla bağlı növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur”.

Busaat.az  xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

“İlk növbədə qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur.

Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə, Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı, məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.

Təəssüf ki, post-münaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır.

Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız bölgədə yaranmış yeni realıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər” – XİN-in açıqlamasında bildirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78353