Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.29 $▼0.57%
  • WTI neft88.30 $▼0.29%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 877 $▼0.24%
  • Gümüş47.50 $▼3.30%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 830 $▼0.74%
  • Ethereum1 818 $▼0.90%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
İqtisadiyyat

Azərbaycanda 1,8 milyon manata gəmi hərraca çıxarılır

image-1701158830_5362f0da-fe06-3ec8-8e3a-6727f7643f83_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istehsal tarixi 1986-cı il olan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsus “B-98” layihəli “Vixr” tipli gəmini 1,8 milyon manata hərraca çıxaracaq.

Bu barədə Busaat.az-a Dövlət Xidmətindən bildirilib.

Belə ki, Dövlət Xidməti dekabrın 12-si, 19-u və 21-də növbəti hərracları keçirəcək.

Dekabrın 12-də təşkil ediləcək hərracda 11 avtomobil alıcılara təklif ediləcək. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.

Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 8 00-10 500 manat arasında dəyişir.

Dekabrın 21-də təşkil olunacaq hərracda isə 40 nəqliyyat vasitəsi iştirakçılara təklif ediləcək ki, onların arasında “Vixr” tipli gəmi də olacaq. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 %-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129210