Azərbaycanda 50 yaşlı kişi ilə ailə quran qızın 23 yaşı var imiş

Azərbaycanda 50 yaşlı kişi ilə ailə quran qızın 23 yaşı var imişbackend

Sosial şəbəkələrdə Gədəbəy rayonunda 50 yaşlı şəxsin 17 yaşlı qızla evlənməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, nikah yaşına çatmayan qız özündən 33 yaş böyük kişi ilə ailə həyatı qurub. 

Busaat.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə isə araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. Gənc qızla ailə quran 50 yaşlı  şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. O, bu kənddə qeydiyyatda olsa da, başqa ünvanda daimi yaşayır.

O da məlum olub ki, yeni ailə həyatı quran kişi daha əvvəl bir neçə dəfə ailəli olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90