Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 755 mini keçdi

image-4d980456-ecfb-33e9-b2a2-8032c00dec61_850backend

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,1 % çox – 755,4 min olub.

Busaat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 44,8 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 12,2 % çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 7,9 % artaraq 204,2 minə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki