Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

image-market1backend

2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2% təşkil edib.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyibr.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki