Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 859 $▼0.39%
  • Ethereum1 779 $▲0.57%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Azərbaycanda benzin qiymətləri ilə bağlı rəsmi qərar verildi - MƏBLƏĞ

image-905e6aadc2ad66d_1709281049-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib. Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib. Bu Qərar 2024-cü il martın 1-dən, yəni bu gündən qüvvəyə minir.

Bəs yeni qərar benzin qiymətlərinə necə təsir edəcək?

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a deyib ki, benzin qiymətlərində hər hansı dəyişikliyin olacağını demək çətindir:

“92 markalı, dizel markalı və 95 aktandan aşağı markası olan bütün yanacaq növlərinin qiymətini dövlət tarif şurası həyata keçirir. Yəni qiymətləri bazar tənzimləmir. Keçən il də bu qərar verilmişdi. Bu qərarın verilmə səbəbi böyük ehtimalla hazırkı qiymətləri saxlamaq üçün verilən qərardır. Azərbaycan baxmayaraq ki neft ölkəsidir, hələ də daxili tələbat üçün yanacağın bir hissəsini xaricdən idxal edir. Yeni qərar da oradakı qiymətlərin stabilliyini saxlamaq və idxal edən şirkətə ziyan vurmamaq üçündür.

Ekspert qeyd edib ki, keçən il də rüsumların və aksiz dərəcələrinin endirilməsi barədə qərar verilmişdi. Onun sözlərinə görə, hazırkı qərar sadəcə vaxtın uzadılması mahiyyətini daşıyır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=136656