Azərbaycanda binanın blokunun uçma anı – VİDEO

image-7c94bf97068dc7cd520d96994fd77ac1_8c9cef6df3bee9217b0b258997d4e31ebackend

Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Busaat.az Milli.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.

Bildirilir ki, binanın həmin hissəsi qəfil dağılaraq uçub. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dərhal Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki