Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.41 $▲0.57%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 876 $▲0.09%
  • Gümüş47.63 $▲0.26%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 740 $▼0.88%
  • Ethereum1 818 $▼0.89%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Azərbaycanda bu bank kredit verilişini dayandırdı

image-best-banks-2021-40543452
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bank BTB” kredit verilişinə məhdudiyyət tətbiq etməyə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “APA-Economics” banka istinadən xəbər yayıb.

Məlumata görə, son bir həftədə nağd kredit verilişinə 3 min manat limit müəyyən edilib. Kredit üzrə illik faiz dərəcəsi 22%, komissiya isə 1-3% təşkil edir. Bildirilib ki, qərar bank rəhbərliyi tərəfindən verilib və müvəqqəti xarakter daşıyır.

Qeyd edək ki, bundan əvvəl isə bank rəsmi əmək haqqının 10 misli həcmində müştərilərə nağd pul krediti təklif edirdi.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Modern.az saytı isə sözügedən bankın bağlanma ehtimalı haqda məlumat yayıb. Bildirilib ki, “Bank BTB” bu yaxınlarda 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, Bank 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub. 2022-ci ilin müvafiq dövründə isə bank 5 milyon 714 min manat xalis zərər açıqlamışdı.

Cari ilin ilk 9 ayında “Bank BTB”nin cəmi öhdəlikləri 327 milyon 537 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3.3 milyon manat çoxdur. Bankın depozit portfeli (Müştərilərin depozitləri) cari ilin ilk 9 ayında 7.5% və ya 11.9 milyon manat azalaraq 147 milyon 322 min manata enib.

Ümumilikdə, 2023-cü il oktyabr ayının 1-nə “Bank BTB”nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49 milyon 222 min manat təşkil edib.

“Mətbuatda yayılan məlumatlara görə, bankın filial şəbəkəsi sürətlə kiçilir. Bildirilir ki, işçilərinin bir hissəsinin ixtisarı ilə yanaşı, bankın filialları da bağlanır. Son iki ildə “Bank BTB”nin ümumilikdə 8 filialı və şöbəsi bağlanıb. 2021-ci ildə 3 filial, 2022-ci ildə isə 5 filial fəaliyyətini dayandırıb” – deyə xəbərdə qeyd olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128976