Azərbaycanda dəhşətli hadisənin TƏFƏRRÜATLARI

image-1673889710_1673888391_165804449216306264_1200x630backend

Ağcabədidə 67 yaşli qadın kəsici-deşici alətlə öldürülüb.

Busaat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcabədi rayonunda 67 yaşlı Güldəstə Mehdiyevanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 70 yaşlı Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Məlumata görə, arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.

Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan sonra onun təqsirləndirilən şəxs qismində məhkəməyə çıxarılacağı bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90