Azərbaycanda əlil arabalı şəxslər üçün hazırlanmış ilk elektrik nəqliyyat vasitəsi təqdim olundu

image-f735b408-019e-48c3-a846-c469180bc9c8backend
image-uzb_ads_desk

Bugun.tv xəbər verir ki, Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış əlil arabalı şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsinin (ENV) təqdimatı keçirilib.

Məlumata görə, iyunun 29-da Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan gənclərə yeni nəqliyyat vasitəsinin nəzəri və praktiki təqdimatı təşkil olunub. Layihə Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi tərəfindən həyata keçirilir və inklüziv şəhər nəqliyyatı sahəsində mühüm yenilik kimi qiymətləndirilir.

IMG 20260716 WA0010

IMG 20260716 WA0006Elektrik mühərriki ilə işləyən ENV fiziki məhdudiyyətli şəxslərin şəhər mühitində təhlükəsiz, rahat və müstəqil hərəkətini təmin etmək məqsədilə hazırlanıb. Layihə həm sosial inklüzivliyin gücləndirilməsi, həm də ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi baxımından əhəmiyyət daşıyır.

Bildirilib ki, nəqliyyat vasitəsi ekoloji cəhətdən təmiz elektrik sistemi, şəhər daxilində təhlükəsiz və komfortlu hərəkət imkanı, əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış xüsusi dizaynı, yerli istehsal və milli mühəndislik həlli, eləcə də enerjiyə qənaət edən müasir texnologiyaları ilə seçilir.

IMG 20260716 WA0014

IMG 20260716 WA0004Layihə müəllifləri qeyd ediblər ki, bu təşəbbüs təkcə yeni nəqliyyat vasitəsinin yaradılması deyil, həm də sosial məsuliyyətin, inklüzivliyin və texnoloji inkişafın təşviqinə xidmət edir. Gələcək mərhələdə ENV-nin daha da təkmilləşdirilməsi, kütləvi istehsalının təşkili və beynəlxalq bazarlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.

IMG 20260716 WA0008

IMG 20260716 WA0012

IMG 20260716 WA0016

IMG 20260716 WA0018

IMG 20260716 WA0007

IMG 20260716 WA0009


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki