“Statcounter” 2023-cü ilin oktyabr ayında ölkələrin sosial media bazarı ilə bağlı məlumatları açıqlayıb.
Busaat.az xəbər verir ki, Azərbaycanda ötən ay ən çox istifadə edilən sosial media platforması “Instagram” olub.
Belə ki, Azərbaycanın sosial media bazarının 45.05%-ni “Instagram”, 18.17%-ni “Facebook”, 18.07%-ni “Pinterest”, 10.12%-ni “YouTube”, 6.03%-ni isə “Twitter” tutub.
Ötən ilin oktyabr ayı ilə müqayisədə ölkəmizdə “Facebook” istifadə edənlərin sayında azalma müşahidə edilib. 2022-ci ilin eyni ayında Azərbaycanda “Facebook” istifadə edənlərin sayı 29.83% olub.
“Instagram” istifadə edənlərin sayı isə 2 dəfədən çox artıb. Belə ki, ötən il Azərbaycanın sosial media bazarının 17.36%-ini “Instagram” tuturdusa, bu il bu rəqən 45%-ə qalxıb. “YoutTube” istifadə edənlərin sayında da azalma qeydə alınıb.
Yeri gəlmişkən, “Statcounter” platformasında “TikTok” istifadə edənlərin sayı barədə məlumat verilmir. Amma digər statistika xidmətlərinin məlumatına görə, Azərbaycanda “TikTok” sosial şəbəkəsi sosial media bazarının böyük hissəsini əhatə edir.
Modern.az