Azərbaycanda minatəmizləmə işlərinə siçovullar cəlb olunub

image-minabackend

Azərbaycana minatəmizləmə işlərinə cəlb olunan siçovullar artıq ərazilərdə fəaliyyət göstərir.

Busaat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrə cəlb olunub:

“Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir”./APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki