Son illər Azərbaycanda rəsmi nikahda olmayan qadınlar tərədindən dünyaya gətirilən uşaqların sayında ciddi artım baş verib.
Busaat.az xəbər verir ki, 2021-ci ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı 17566 nəfər olub.
2022-ci ildə bu rəqəm bir qədər də artıb. Belə ki, həmin il nikahsız qadınlar 18814 uşaq dünayaya gətiriblər.
2022-ci ildə rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi körpələrdən 14646-nün anası 15-29 yaşında gənclər olub.
Rəsmi statistika göstərir ki, nikahsız qadınların dünyaya uşaq gətirməsi halları şəhər yeri ilə müqayisədə kənd yerində daha çox qeydə alınıb.
Belə ki, 2022-ci ildə şəhər yerində 7184 nikahdankənar uşaq doğulubsa, kənd yerində bu rəqəm xeyli çox – 11630 nəfər olub.