Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirildi – FOTOLAR

image-mycollages__67_backend

Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.

Busaat.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların və ictimai birliklərin nümayəndələri, sosial sahibkarlıqla məşğul olan və ya biznes fəaliyyətinə maraq göstərən Vətən müharibəsi qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər.

Forumda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Forumun moderatoru KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılmasının, onların cəmiyyətə hərtərəfli inteqrasiyasının, sosial sahibkarlığın təşviqinin ölkəmizdə prioritet istiqamətlərdən olduğunu qeyd edib, forumun sosial sahibkarlıq sahəsində mövcud vəziyyətin və müvafiq təkliflərin öyrənilməsi məqsədilə təşkil edildiyini bildirib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluq, kiçik biznesə yiyələnmək imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin yanvar-avqust ayları ərzində 900 əlilliyi olan şəxs həm kvota, həm də ictimai işlər proqramı üzrə işlə təmin edilib, 1045 nəfər əlilliyi olan şəxs özünüməşğulluq üzrə təlimlərə cəlb olunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın təşviqinin, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərilməsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib.

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev çıxışında sosial sahibkarlıq sahəsində mövcud vəziyyət, həssa kateqoriyadan olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğı, görülən tədbirlər nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların aktiv məşğulluğa cəlb edilməsi tədbirləri, əlilliyi olan şəxslərin əldə etdikəri nailiyyətlər barədə fikirlərini və təkliflərini bölüşüb.

Forum çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi də təşkil olunub.





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90