Texnika elmləri doktoru, neftçi alim, professor Zahid Əliyev 87 yaşında dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu haqda informasiya sosial şəbəkədə yayılıb.
Mənbə xatırladır ki, Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 1957-ci ildə “Neft yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilib.
O, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. 1959-1964-cü illərdə – ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə “Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1961-1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965-1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləyib.
1979-cu ildən akad. İ.M.Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə “Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, 1987-ci ildən indiyə qədər akad. İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib.
Zahid Əliyev Oksford Universiteti tərəfindən ötən əsrin 100 adamı elan edilən şəxslərdən biri olub.(Bizim.Media)