Azərbaycanda tələbə Kür çayında boğuldu – Meyiti axtarılır – YENİLƏNDİ

Azərbaycanda tələbə Kür çayında boğuldu – Meyiti axtarılır – YENİLƏNDİbackend

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.

2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.(Report)

 

 

13:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Busaat.az  xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90