Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Busaat.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:
Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
Qarabağ Regional Mədəniyyət İdarəsi;
Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.