Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.52 $▼3.19%
  • WTI neft83.40 $▼1.58%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.198 $▲1.14%
  • Qızıl3 772 $▼0.38%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda600.50 ¢▼0.78%
  • Bitcoin64 239 $▼0.98%
  • Ethereum1 802 $▼1.15%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Azərbaycandakı bəzi futbolçular “Bazel”dəkilərdən daha yaxşıdır”

image-subotic
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycandakı həyatım çox maraqlı bir təcrübə idi. Kiçik Qəbələ şəhərində yaşayırdım, orada da oynayırdım. Bir ərzaq mağazası və beş ulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi oyunçular yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi”.

Busaat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Daniel Subotiç “Bazonline” nəşrinə müsahibəsində deyib.

O, Azərbaycandan özü ilə nə götürdüyü ilə bağlı verilən suala belə cavab verib: “Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, Azərbaycanda ilk dəfə  zəif cəhətlərim, bədə quruluşum üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm. Dil isə öyrənməmişəm”.

Hazırda klubsuz olan 32 yaşlı oyunçuya “Azərbaycanda futbol nə qədər yaxşıdır” sualı da verilib. Bu suala cavabında isveçrəli futbolçu “Bazel”in Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda da qısa danışıb: “Bazel” üçün müəyyən maneələrin olması mümkündür. Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta “Bazel”in heyətindəki hər bir oyunçudan fərdi olaraq daha yaxşı olanları da var”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=57691