Azərbaycanın əməkdar məşqçisi Tahir Əliyevin 70 yaşı tamam olur

image-img-20210914-wa0007backend

Azərbaycan futboluna 2 dəfə SSRİ çempionluğu gətirmiş və finalda ermənilərə qalib gələrək Azərbaycana qızıl medal qazandırmış yeganə məşqçi.
Bu gün Şirvan şəhərinin fəxri, Azərbaycan Respublikasının əməkdar məşqçisi Tahir Əliyevin 70 yaşı tamam olur. Onun həm Şirvan,həm Azərbaycan, həm də ümumittifaq uşaq futbolunun inkişafında xidmətləri böyükdür. 1978 və 1985-ci illərdə onun ”Xəzər” və “Şirvan” komandaları SSRİ çempionu olmuş, bu da futbol tarixinə böyük qürur və şərəf gətirmişdir. Tahir müəllimin komandası finalda ermənilərə qalib gələrək Azərbaycana qıızl medal qazandırmış, bayrağımızı yüksəklərə qaldırmışdır.Tahir müəllimin şərəfli ömür yolu bu gün gənc məşqçilərə əsl nümunədir.Biz də öz kollektivimiz adından əzmkar, cəsarətli, vətənpərvər gənclər yetişdirən bu fədakar insanı ad günü münasibəti ilə bir daha təbrik edir, ona uzun ömür,can sağlığı arzulayırıq.

Busaat.az

image-img_20210914_131919 image-img_20210914_131904 image-img-20210914-wa0005

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90