Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.21 $▼0.93%
  • WTI neft82.64 $▼0.42%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.665 $▲13.43%
  • Qızıl3 539 $▲0.16%
  • Gümüş41.18 $▼0.44%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin59 239 $▼4.32%
  • Ethereum1 630 $▼7.16%
  • S&P 5007 032▼2.03%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb

image-eckffctxuc04ipnb3f4a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycanın təşəbbüsü ilə Türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb.
Busaat.az xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) idarə heyyətinin sədri Camid Mövsümov deyib. O bildirib ki, layihənin ideya müəllifi AFA-dır. Layihədə əsas iştirakçı ölkələr kimi 7 türk dövlətinin, həmçinin Macarıstanın daxil edilməsi planlaşdırılır. Marka sözügedən ölkələrdə bütün istehsal edilən məhsullara şamil edilə bilər.
“Cənubi Koreyadan, Kanadadan, Türkiyədən bu markanın tətbiqi ilə bağlı artıq müraciətlər var. Mayın 22-dən artıq prosesə start verilir, struktur hazırlanır. 2025-ci ilin fevral ayında Türk Dövlətləri İqtisadi Forumunda şirkətlərə rəsmi şəkildə tətbiqinə başlanacaq. Bütün sözügedən dövlətlərə markanın tətbiqi ilə bağlı müraciət ediləcək. “Made in Turan” markasına xüsusi güzəştlər planlaşdırırıq. Bundan əlavə, müxtəlif xarici ölkələrdə “Turan Evləri”nin qurulması nəzərdə tutulub”- C. Mövsümov əlavə edib.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=169260