Bu barədə Busaat.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.