“Azəriqaz”da nə baş verir? – Ruslan Əliyev vəzifədən gedib?

image-ruslaneliyev55-1backend

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin ərizə yazaraq işdən çıxdığı, SOCAR-a məxsus zavodlardan birinə direktor müavini təyin olunduğu barədə məlumatlar yayılıb.

Busaat.az xəbər verir ki, Pravda.az xəbərin doğru olub-olmadığını öyrənmək üçün SOCAR-a sorğu ünvanlayıb.

İki gün keçməsinə baxmayaraq, SOCAR tərəfindən hələ də məsələ barəsində mövqe bildirilməyib.

Xatırlatma: Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki