“Azəriqaz”ın əməkdaşı döyüldü

image-1707830735_screenshot_3backend

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı döyülüb.

Busaat.az xəbər verir ki, bu barədə İB-nin baş direktoru Ruslan Əliyev məlumat paylaşıb.

O bildirib ki, dünən saat 15:30 radələrində “Azəriqaz” İB-nin əməkdaşı (BRQSD-nın nəzarətçisi) Nəsimi rayonu, M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən (“Rifah MTK”) bina 7 mənzil 13 ünvanına texniki müayinə ilə bağlı baxış keçirmək istəyib: “Ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə mənzilə daxil olan əməkdaşımız texniki baxış keçirən zaman ev sahibinin oğlu tərəfindən fiziki şiddətə məruz qalıb. Nəticədə, əməkdaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

“Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardıma, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Hadisəni törədən şəxs polis bölməsinə aparılıb”, – deyə açıqlamada qeyd olunub.

R. Əliyev abonentlərə səslənərək bildirib ki, bu kimi hallara yol verməsinlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki