Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 430 $▼4.09%
  • Ethereum1 835 $▼4.78%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Bahalaşan məhsulların siyahısı rəsmən AÇIQLANDI

image-market_2834785
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvarnoyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Busaat.az xəbər verir ki, bu barədə Statistika Komitəsindən (DSK) bildirilib.

Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 115,1 faiz təşkil edib.

2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 120,1 faiz təşkil edib. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 112,1 faiz təşkil edib. Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 110,7 faiz təşkil edib. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma sabit şəbəkə telefonlarından istifadəyə görə əhali qrupu üzrə aylıq abunə haqqının, mebellərin, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə sabit şəbəkə telefonları ilə respublika daxilində şəhərlərarası danışıq haqqının və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93807