Bakı COP29 və WUF13 ilə qlobal şəhər gündəminə liderlik edir

image-kbackend

2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu iqlim, urbanizasiya və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün əsas platformalardan biri olacaq.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün Nayrobidə keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının sessiyası çərçivəsində təşkil olunan “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025-ci il və sonrakı illər üçün yeni mərhələlər və imkanlar” mövzusunda tədbirdə iştirak edib. Tədbir COP29-un nəticələri üzərində düşünmək və COP30-a gedən yolun müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Qeyd olunub ki, Bakının COP29-a ev sahibliyi etməsi şəhərlərin qlobal iqlim gündəmindəki rolunun gücləndirilməsi baxımından vacib addım olub”, – A. Quliyev qeyd edib.

O əlavə edib ki, Bakı Davamlılıq Koalisiyasının fəaliyyəti göstərir ki, yerli təşəbbüslər iqlim dəyişikliyi, mənzil çatışmazlığı və sosial bərabərsizlik kimi qlobal çağırışlara cavab verməkdə böyük potensiala malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki