Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.54 $▲0.12%
  • WTI neft85.81 $▲0.16%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.220 $▲0.22%
  • Qızıl4 121 $▼0.08%
  • Gümüş53.16 $▼0.16%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.25 ¢▼0.08%
  • Bitcoin74 777 $▼0.64%
  • Ethereum2 123 $▼0.44%
  • S&P 5007 550▲2.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

“Bakı Marafonu 2022” start götürdü - FOTO

image-marafton-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2022” start götürüb.

Busaat.az  xəbər verir ki, yarış Dövlət Bayraq Meydanından başlayıb.

Qeyd edək ki, Bakı marafonu 5-ci dəfə təşkil olunur. “Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda  və digər ölkələrdən iştirakçılar var.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilir. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq. 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir: Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) – Dövlət Bayrağı Meydanı.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77281