Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 658 $▲0.86%
  • Ethereum1 814 $▲2.56%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

"Bakı Metropoliteni" 45 min litr süd alır - Bir litr üçün 2,73 manat ödəniləcək

image-1702970838_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq.

Busaat.az xəbər verir ki, QSC bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalayacaq.

Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. Bu halda südün 1 litri 2,73 AZN-ə düşür. Bazarda inək südünün 1 litri 1,40 AZN, camış südünün 1 litri isə təxminən 2 AZN-dir.

Ticarət şəbəkələrində isə pasterizə olunmuş südün 1 litri 2 manat civarındadır.

Nəzərə alsaq ki, “Bakı Metropoliteni” QSC birdən-birə 44 730 litr süd alır, o zaman qiymət daha ucuz olmalıydı.

Qurum cari ilin may ayında da Esmira Həsənovadan 41 670 litr süd alıb. Buna görə sahibkara 95 882, 67 AZN ödənilib. Yəni, “Bakı Metropoliteni” südün 1 litrini 2,3 AZN-ə alıb.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.Qaynarinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130916