Bakıda 15 yaşlı qız altı gündür yoxa çıxıb

image-qizbackend

Bakıda yeniyetmə qız itkin düşüb.

Busaat.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.

Faktla bağlı Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki