Suraxanıda azyaşlı qıza təcavüzda şübhəli bilinən şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq əməlləri – 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə iş başlanıb: “Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Ətraflı
Ad – 00:01
Hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Suraxanı sakini olan qadın polisə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı şəxsin azyaşlı qızını zorladığını bildirmişdi.